“Regionda bir çox oyuncular var ki, onlar ABŞ və Azərbaycan münasibətlərində gərginlik yaranmasını və inkişaf etməsini istəyir”. “Regionda bir çox oyuncular var ki, onlar ABŞ və Azərbaycan münasibətlərində gərginlik yaranmasını və inkişaf etməsini istəyir”.

"Onlar gərginlik yaratmaq istəyir" – 13 milyonluq ianəyə reaksiya

“Regionda bir çox oyuncular var ki, onlar ABŞ və Azərbaycan münasibətlərində gərginlik yaranmasını və inkişaf etməsini istəyir”.



AzNews.az xəbər verir ki, bunu politoloq Elman Nəsirov ABŞ-da "Hayastan" Ümumerməni Fondunun qondarma "Dağlıq Qarabağ Respublikası" üçün 13 milyon dollar yığılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, təəssüf ki, Birləşmiş Ştatların davranışında belə xoşagəlməz halların şahidi oluruq. Politoloq "Hayastan" Fondunun Qeyri Hökumət Təşkilatı olduğunu və marafon keçirdiklərini söyləyib:
"Yığılan vəsaiti qondarma "Dağlıq Qarabağ Respublikası"na göndərirlər. ABŞ Konqresi dəfələrlə belə hallara yol verib. Ermənistan dövlətinə qarşı edilən bu kimi jestlər hardasa anlaşıla bilər. Çünki Ermənistan adlı dövlət var, baxmayaraq ki, onun heç dövlətçiliyə uyğun meyarları yoxdur. Müstəqilliyi, suverenliyi yoxdur, amma qondarma "Dağlıq Qarabağ Respublikası", ümumiyyətlə beynəlxalq hüququn subyekti deyil. Hətta Ermənistan Respublikasının özü belə, qondarma rejimi tanımayıb. Amma ABŞ Konqresində əlahiddə olaraq yardımlar ayrılır. Hətta, 2010-cu ildə 2 milyard dollar yardım ayrılmışdı. Şübhəsiz ki, Ermənistan hökumətinə belə yanaşmalar Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə olduqca mənfi təsir göstərir. Hesab edirəm ki, belə halların ucbatından münaqişənin həlli indiyənə kimi baş tutmayıb".

Qandarma rejimə bu cür yardımlar ayrılmasının Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik prosesinə təhdid rolunu oynadığını söyləyən Elman Nəsirov onu da bildirib ki, məhz bu səbəbdən bu günə kimi problem öz həllini tapmayıb:
"Ermənistan tərəfinə cinayət əməlinə görə, nəinki iqtisadi, maliyyə, siyasi sanksiyalar tətbiq olunmur, hətta ona yardımlar göstərilir, onun əlində oyuncaq kimi yaratdığı Dağlıq Qarabağdakı separatçı rejimə Azərbaycanla məsləhətləşmədən yardımlar göstərilir. Hesab edirəm ki, bütün bunlar nəticə etibarilə Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik prosesinə təhdid rolunu oynayır. Bunun nəticəsdir ki, münaqişənin üstündən 20 ildən çoxdur ki, həlli tapılmır. Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb. ATƏT-in Minsk qrupu çərçivəsində və həmsədr kimi Birləşmiş Ştatlar qarşısında bu məsələni qoyub. Lakin onların ənənəvi cavabı olur ki, Amerika Birləşmiş Ştatları demokratik dövlətdir və bunu Ağ ev, Dövlət Departamenti etmir. Bunu Konqres edir. Bəzi vaxt Konqresdən kənar Qeyri Hökumət Təşkilatları edir və onlar öz fəaliyyətlərində ali icra hakimiyyətinə tabeçiliyində deyillər. Bizdə hakimiyyətin bölgüsü var. Bu baxımdan öz fəaliyyətlərində onlar sərbəstdilər. Beləcə, şablon yanaşmalarla vəziyyətdən çıxırlar. Artıq 17-ci marafon onu göstərir ki, 16-cı dəfə analoji addım atılıb, bu, artıq 17-cisidir. Hesab edirəm ki, bu da Amerika Birləşmiş Ştatların özünün də Cənubi Qafqaz regionu ilə bağlı qorunan maraqlarına zidd addımdır. Çünki belə olan vəziyyətdə ABŞ-ın regionun ən güclü dövləti ilə münasibətlərində soyuqluq elementlərini artır. Bu da bir çox oyunçuların mənafeyinə uyğundur. Onlar istəyər ki, ABŞ və Azərbaycan münasibətlərində gərginlik yaransın və inkişaf etsin".

Qeyd edək ki, ABŞ-da "Hayastan" Ümumerməni Fondu tərəfindən keçirilən 17-ci telemarafonda 12 399 550 dollar ianə yığılıb. "Telemarafon-2014"də toplanan pullar Basarkeçər-Ağdərə avtomobil yolunun təmirinin başa çatdırılmasına sərf olunacaq. Bu yol Ermənistanla qondarma "Dağlıq Qarabağ Respublikası"nı birləşdirən yoldur.

Gültəkin ƏLƏSGƏR
AzNews.az