Röya Ayxan jurnalitlərə qadağa qoyub. Röya Ayxan jurnalitlərə qadağa qoyub.

Röya jurnalistləri hədələdi - “Çox incidəcəm“ (FOTO)

Röya Ayxan jurnalitlərə qadağa qoyub.



AzNews.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Türkan Məmmədli özünün instagram səhifəsində yazıb. O, bütün həmkarlarına müraciət edərək Röya Ayxan haqqında yalan məlumat yazanların məhkəməyə veriləcəyini bildirib.

"Heç kim inciməsin. Röya haqqında uydurma xəbər yazıb, reytinqli başlıqlar qoyan, yalançı sözlərlə oxucu toplayan və o cür yazılara istinad edən heç bir saytın nümayəndəsi konsertə görə akreditasiyadan keçməsin. Konsertə buraxılmamaqla yanaşı o saytlar həm də məhkəməyə veriləcək. Artıq bütün hörmət çərçivəsini aşdınız.

Ən azı həmkarlarınıza qarşı hörmətsizlik edib, xahişinizi nəzərə almırsınızsa, bundan sonra da məndən yaxşı münasibət gözləməyin"
- deyə Türkan Məmmədli qeyd edib.

Müğənni Röya Ayxan isə bu müraciətə şərh yazaraq qərarın birlikdə qəbul olunduğunu söyləyib.

"Bu da sizə yeni xəbər. Onsuz da intagram artıq sizin işinizi asanlaşdırıb. Bir də hansısa redaktorun sübutsuz sifarişi ilə yazısını görsəm çox incidəcəm. Sizi sevdim hörmət etdim, sizdən bunu istəyirəm".

Hətta müraciətə xalq artisti Brilliant Dadaşova da reaksiya verib. O, "sağ ol. Nəhayət bir jurnalist tapıldı"- şərhini yazıb.




AzNews.az