Bu gün Bakı Slavyan Universitetinin ikinci tədris korpusunda yaşıllığın artırılması məqsədilə “Tələbə Ekologiya klubu”nun (Ekolife) təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Hərəmiz bir ağac əkək!” devizi altında ağacəkmə aksiyası keçirilib. Bu gün Bakı Slavyan Universitetinin ikinci tədris korpusunda yaşıllığın artırılması məqsədilə “Tələbə Ekologiya klubu”nun (Ekolife) təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Hərəmiz bir ağac əkək!” devizi altında ağacəkmə aksiyası keçirilib.

Bakı Slavyan Universitetində ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Bu gün Bakı Slavyan Universitetinin ikinci tədris korpusunda yaşıllığın artırılması məqsədilə “Tələbə Ekologiya klubu”nun (Ekolife) təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Hərəmiz bir ağac əkək!” devizi altında ağacəkmə aksiyası keçirilib.



AzNews.az xəbər verir ki, tədbirdə Nazirliyin nümayəndə heyəti Mirsalam Qəmbərov da iştirak edib və 10 ağac verməklə aksiyaya dəstək olub. İməcliyin keçirilməsinə təşəbbüs göstərən Filologiya fakültəsinin dekanı Zemfira Vəliyeva ilə yanaşı, Jurnalistika fakültəsinin dekanı Səfər Məmmədov da aksiyaya könüllü olaraq qatılıb. Tələbələrlə birlikdə ağac əkən dekanlar belə aksiyaların gələcəkdə ənənəvi olaraq davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyinin nəzərdə tutulduğunu bildiriblər.

BSU-nun tələbə heyətinin ruh yüksəkliyi və böyük həvəslə qoşulduğu aksiyada dekorativ ağaclarla yanaşı, güllərin əkilməsi universitet əməkdaşları və tələbələr tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, ali təhsil müəssisəsinin ikinci tədris korpusu üçün ayrılan ərazidə on ağac, iyirmidən çox gül əkilib.
image description image description image description