Bir neçə gün öncə İsmayıllıda doğuş zamanı ananın ölməsi haqda xəbər vermişdik. Bir neçə gün öncə İsmayıllıda doğuş zamanı ananın ölməsi haqda xəbər vermişdik.

2 ananı öldürən həkim yenə işə çıxır

Bir neçə gün öncə İsmayıllıda doğuş zamanı ananın ölməsi haqda xəbər vermişdik.



Rayon Mərkəzi Xəstəxanasından azvision.az-a bildirilmişdi ki, Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızının ölümündə təqsirləndiriən həkim Məlahət Hüseynova 6 ay müddətinə işdən azad edilib. Qərar əsasən o 6 ay müddətinə doğuş apara bilməz.

Əldə etdiyimiz digər məlumata görə, həkim Məlahət Hüseynova haqqında cəza tədbiri görülsə də o hadisə baş verən gündən işə çıxır, xəstələrini də müayinə edir.

"Onun haqqında 6 ay işə gəlməmək qərarı verilsə də Məlahət həkim həmişəki qaydada işə çıxır"- deyə xəstəxanadakı mənbə bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarından İsmayıllı rayon Mərkəzi Xəstəxanasından ölüm hadisəsi baş verib. Doğuş zamanı rayonun Quşencə kənd sakini Afət Ağayeva dünyasını dəyişib. Onun yaxınları ölüm hadisəsində həkim Məlahət Hüseynovanı təqsirli bilirlər.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.