ABŞ vətəndaşı olan bir qadın yaşadığı şəhərin radio stansiyasında çıxış edərək bildirib ki, o, öz gözlərilə skafandrda olan iki nəfərin videosunu görüb. ABŞ vətəndaşı olan bir qadın yaşadığı şəhərin radio stansiyasında çıxış edərək bildirib ki, o, öz gözlərilə skafandrda olan iki nəfərin videosunu görüb.

Amerikalı qadından Mars haqda - SENSASİYALI AÇIQLAMA

ABŞ vətəndaşı olan bir qadın yaşadığı şəhərin radio stansiyasında çıxış edərək bildirib ki, o, öz gözlərilə skafandrda olan iki nəfərin videosunu görüb.



AzNews.az xəbər verir ki, iddiaya görə videoda robotlar Marsdan reportaj hazırlayıb.
Ceki adlı bu qadın vurğulayıb ki, o, vaxtilə NASA-da çalışıb və Yerdən "Vikinq"lə telemetrik əlaqəyə nəzarət edib.

Qadın iddia edir ki, insanlar Marsa 1979-cu ildə enib. Ceki əlavə edib ki, qırmızı planetdə daha 6 astronavtın gəzdiyini görüb: "Mən bu gördüklərimi xəbər vermək üçün otaqdan çıxdım, ancaq qayıdandan sonra işlədiyim qapının bağlı olduğunu gördüm".

Amerikalı qadının bəyanatı artıq dünya mediasının manşetlərinə çevrilib. NASA isə keçmiş əməkdaşının dediklərinə şərh vermir.


AzNews.az