“Hazırda yeni veriliş üzərində işləyirik”. “Hazırda yeni veriliş üzərində işləyirik”.

Anar Nəcəfli siyasi veriliş aparacaq - Açıqlama

“Hazırda yeni veriliş üzərində işləyirik”.



Bunu AzNews.az-a açıqlamasında "Xəzər" TV-nin "Xəbərlər" proqramının sabiq aparıcısı Anar Nəcəfli deyib.

O bildirib ki, siyasi xarakterli olan verilişdə aparıcılıq edəcək:

"Sadəcə olaraq həmin verilişdə mənə aparıcılıq təklif olunub, mən də razı oldum. Çünki şərtlər məni qane edib. Proqram tanıtım və siyasi xarakterlidir".

"Hazırlanan yeni veriliş hansı kanalın efirində yayımlanacaq?" sualına A.Nəcəfli "Hələ ki, deyə bilmərəm" cavabını verib.

Xatırladaq ki, Anar Nəcəfli "Xəzər" TV-də "Xəbərlər" proqramının aparıcısı olub. O, öz ərizəsi ilə televiziyadan kənarlaşıb.


Bahar RÜSTƏMLİ
AzNews.az