Qaraçuxur məscidinin yandırılması və son günlər oxşar təxribat xarakterli hadisələr millət vəkillərini narahat edir. Qaraçuxur məscidinin yandırılması və son günlər oxşar təxribat xarakterli hadisələr millət vəkillərini narahat edir.

Millət vəkilləri həyacan təbili çaldılar- VİDEO

Qaraçuxur məscidinin yandırılması və son günlər oxşar təxribat xarakterli hadisələr millət vəkillərini narahat edir.


ANS TV-nin məlumatına görə, Milli Məclisin bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri ölkədə təxribat yaratmaq istəyən qüvvələrlə bağlı həyacan təbili çalıblar.

Millət vəkili Zahid Oruc: "Azərbaycanda mövcud ictimai sabitlik kimlərəsə sərfəli deyil. Bu gün beynəlxalq ailəmdə mövcud olan qarşıdurmalar hansısa bir şəkildə Cənubi Qafqaza, xüsusilə də ən böyük sabitlik adası olan Azərbaycana keçsin deyə yanaşmalar var. Bilərəm ki, hüquq-mühafizə orqanları bu prosesi ən yüksək səviyyədə diqqətdə saxlayır. Beynəlxalq təsirlər isə Azərbaycanı siyasi kursundan döndərmək gücündə deyil".

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, çox önəmli bir məsələdə - dini maarifçilik istiqamətində iş həqiqətən güclənməlidir: "Bu cür provakasiyalara, bu cür təxribatlara qarşı cəmiyyətin hər hansı bir şəkildə addımları müəyyən olunsun. Məsələn, məscidlərdə kamera quraşdırmaq olar. Kameralar yoxdursa, polis postları qurmaq olar. Və bu olduqca çox vacibdir. Çünki kütlənin toplaşdığı yerlərdir və burda hər hansı bir hadisə, sonra qarşısı alınmaz proseslərin başlanmasına gətirib çıxara bilər".