“Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi yaşanır. “Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi yaşanır.

“İntihar körpüsü”nə çıxan xilas edildi- FOTOLAR (Yenilənib 3)

“Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi yaşanır.


Axar.az xəbər verir ki, körpüyə çıxan bir nəfər kişi özünü atacağı ilə hədələyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları cəlb edilib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrindən bir nəfər körpüyə çıxaraq intiharın qarşısını almağa çalışır.


FHN xilasedicisi naməlum şəxsi özünü atan yerdə xilas etməyə çalışsa da, həmin şəxs bundan yayınıb. Hal-hazırda intihara cəhd edən şəxsin xilas edilməsi istiqamətində danışıqlar aparılır.

***


APA-nın verdiyi xəbərə görə, intihar etmək istəyən şəxs Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayevdir.

***

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onların N. Musayevlə apardıqları danışıqlar nəticəsində o fikrindən daşınıb. FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.
image description image description image description image description image description