Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə sui-qəsd təşkil edən Abdullah Uçmaka verilən cəza dəyişməyib. Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə sui-qəsd təşkil edən Abdullah Uçmaka verilən cəza dəyişməyib.

Tatlısesi vurduran şəxsə- 36 il cəza

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə sui-qəsd təşkil edən Abdullah Uçmaka verilən cəza dəyişməyib.




"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işinə baxan Apelyasiya Məhkəməsi İstanbul 17. Ağır Cəza Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

İstanbul 17.Ağır Cəza Məhkəməsinin hökmünə görə sui-qəsdin təşkilatçısı Abdullah Uçmak da daxil olmaqla, cinayətin törədilməsində iştirak edən 12 nəfər 3 ildən 36 ilədək azadlıqdan məhrum ediliblər. A.Uçmak 36 il 6 ay, atəş açan Ersin Altun isə 30 il 1 ay müddətinə həbs olunub.

Qeyd edək ki, 14 mart 2011-ci ildə İbrahim Tatlısəs və köməkçisi Buket Çakıcı ilə "İbo Show" proqramının çəkilişindən çıxarkən 5 nəfərin silahlı hücumuna məruz qalıb və başından güllə yarası almışdı. Hadisə zamanı müğəninin köməkçisi də yaralanmışdı.