Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib. Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib.

Həyat yoldaşı Tağı Əhmədovun yeni vəzifəsindən danışdı

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib.


Bu barədə AzNews.az-a Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. O, yayılan xəbərləri təsdiq edərək bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub:

"Bəli məlumat düzdür. O, artıq işə başlayıb"-deyə Salatın Əhmədova bildirib.

Qeyd edək ki, Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı. Onun yeni teyinatını axar.az saytı yaymışdı.


Gültəkin ƏLƏSGƏR
AzNews.az