Türkiyənin Ankara şəhərində xalq artisti Mənsum İbrahimov və onun tələbəsi Vüsalə Rəcova “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış ediblər. Türkiyənin Ankara şəhərində xalq artisti Mənsum İbrahimov və onun tələbəsi Vüsalə Rəcova “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış ediblər.

Mənsum İbrahimov “Sarı gəlin”i Ankarada oxudu

Türkiyənin Ankara şəhərində xalq artisti Mənsum İbrahimov və onun tələbəsi Vüsalə Rəcova “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış ediblər.



Bu barədə AzNews.az-a açıqlamasında Vüsalə Rəcova bildirib.

"Mənsum müəllim konsertdə birgə çıxış etmək üçün tələbələrindən məni məsləhət gördü. Çıxışlarımız ayrı-ayrılıqda və duet şəklində oldu. "Sarı gəlin" və "Heydər Babaya salam"ı birlikdə səsləndirdik. Zal hər çıxışımızı alqışlarla qarşıladı. Üç dəfə səhnəyə çıxdım. Hər dəfə xalq, bəstəkar mahnıları və muğam parçaları səsləndirdim. Mənsum müəllim və dəyərli musiqiçilərlə bir səhnəni bölüşmək mənim üçün fəxrdir. Bu cür çıxışlarımız davamlı olacaq", - deyə Vüsalə xanım növbəti yaradıcılıq səfərinin yeni ilə nəzərdə tutulduğunu vurğulayıb.



Hər iki ifaçını tarda əməkdar artistlər Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayiət ediblər. Nağarada isə Siyavuş Kərimov ifa edib.

Tədbirin sonunda musiqiçilərə fəxri diplomlar verilib.

Qeyd edək ki, Orta Doğu Texnik Universitetində keçirilən konsertin Azərbaycan Tələbə Birliyi tərəfindən təşkil edildiyi deyilir.

Konsertə Ankarının müxtəlif ali təhsil ocaqlarından tələbələr qatılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az