“Əsas odur ki, bizi müzakirə edən hər kəs “Bu şəhərdə”nin tamaşaçısıdır”. “Əsas odur ki, bizi müzakirə edən hər kəs “Bu şəhərdə”nin tamaşaçısıdır”.

Müşfüq Abbasov Rüstəm Behrudinin ittihamına cavab verdi

“Əsas odur ki, bizi müzakirə edən hər kəs “Bu şəhərdə”nin tamaşaçısıdır”.



Bunu AzNews.az-a açıqlamasında "Bu şəhərdə"nin prodüseri Müşfüq Abbasov deyib.

M.Abbasov onu da bildirib ki, hər kəsin, hər tamaşaçının öz yanaşma tərzi var: "Kiminsə xoşuna gələ bilərik, kiminsə yox. Biz belələrinə normal baxırıq. Allah cəmi tamaşaçıların canını sağ etsin".



Qeyd edək ki, şair Rüstəm Behrudi "Bu şəhərdə"nin aktyorları Rafaellə Coşqunu ağır ittiham edib: "Təsadüfən "Bu şəhərdə"nin növbəti buraxılışına baxdım. İki istedadlı aktyorun bu cür düşük şeylər oynamağı məni çox kədərləndirdi. Tamaşaçılar kimə və nəyə gülür, görəsən? İncəsənətdə romantizmin süqutu realizmin iyrəncliyini ortaya qoyub. Budu realizmə çevrilə bilməyən realliq. Yazıq bizə, min yazıq!".



Bahar RÜSTƏMLİ
AzNews.az