Dünyanın ən tirajlı əsərlərindən biri Azərbaycan dilində tərcümə edilib. Dünyanın ən tirajlı əsərlərindən biri Azərbaycan dilində tərcümə edilib.

25 milyon satılan kitab Azərbaycan dilində - FOTO

Dünyanın ən tirajlı əsərlərindən biri Azərbaycan dilində tərcümə edilib.

AzNews.az xəbər verir ki, "Qanun" Nəşriyyatı bu dəfə dünya Şöhrətli Stiven Kovinin "Yüksək effektli insanların 7 vərdişi" adlı Bestsellerini Azərbaycan dilinə tərcümə etdirərək, nəfis tərtibatla nəşir edib.

Bu kitab şəxsiyyətin inkişafı mövzusunda misilsiz əsər hesab edilir. Əsər dünyada milyonlara insana, o cümlədən ABŞ-ın sabiq prezidenti Bill Kilintona, məhşur Larri Kinqə və Stiven Forbsa böyük təsir göstərib.

Dünyanın böyük Korporasiyalarının çoxu bu kitabda izah olunan məsələlərin əxz olunmasını öz əməkdaşlarının vəzifə borcu hesab edirlər.

Bu kitab hər şeydən əvvəl özünü dərk etməkdə və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir.

"Yüksək effektli insanların 7 vərdişi" təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsil yol xəritəsidir.

38 dilə tərcümə olunmuş bu kitab XX əsrin biznesdən bəhs edən ən nüfuzlu əsərlərin sırasına daxildir. Daha doğrusu, bu sahə üzrə 10 ən yaxşı kitabdan biri hesab edilir.
Bu kitabdan dünyada 25 milyon nüsxə satılıb.

Kitabı ingiliscədən tərcümə edən Firidun Ağazadə, redaktoru isə Seymur Şahbazovdur.



Azər