Şamaxı rayonunun Muğanlı kəndi ərazisində “Azsamand” markalı 99 AE 869 dövlət nömrə nişanlı avtomobilin yük yerindən meyiti tapılan sürücünün kimliyi bəlli olub. Şamaxı rayonunun Muğanlı kəndi ərazisində “Azsamand” markalı 99 AE 869 dövlət nömrə nişanlı avtomobilin yük yerindən meyiti tapılan sürücünün kimliyi bəlli olub.

Meyidi baqajdan tapılan şəxsin kimliyi bilindi– İlginc detallar

Şamaxı rayonunun Muğanlı kəndi ərazisində “Azsamand” markalı 99 AE 869 dövlət nömrə nişanlı avtomobilin yük yerindən meyiti tapılan sürücünün kimliyi bəlli olub.

AzNews.az-ın əldə etdiyi xəbərə görə, ölən sürücü Füzulinin Alxanlı kəndində anadan olan Ceyhun Şakiroğludur.

Ceyhun Bakının Ramana kəndində yaşayıb. O, Xəzər rayonunda, Metronun "Koroğlu" stansiyasının yaxınlığında taksi fəaliyyətilə məşğul olurmuş və həmin gün Şamaxıya müştəri aparıbmış.

Ceyhunun məhz apardığı müştərilər tərəfindən öldürüldüyü üzə çıxıb.

Onun döyüşçü ailəsindən olduğu bildirilir. Ceyhunun 2 əmisi Qarabağda döyüşlərdə qəhrəmanlıqları il məşhur olduqları bildirilir.

Qeyd edək ki, hadisə Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verib.

Bu barədə ilk məlumatı Axar.az yayıb. Rayon sakinlərinin məlumatına görə, "Azsamand" markalı 99 AE 869 dövlət nömrə nişanlı avtomobil aşmış vəziyyətdə tapılıb.

Avtomobilin yük yerindən isə sürücünün meyiti aşkar olunub.

Şamaxı Rayon Prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.


Səbuhi
AzNews.az