Bu gün yaradıcılığı ilə ürəkləri fəth edən sevimli şairimiz Ramiz Rövşənin ad günüdür. Ömrünün üstünə daha bir yaş da gələn şairin 68 yaşı tamam olur. Bu gün yaradıcılığı ilə ürəkləri fəth edən sevimli şairimiz Ramiz Rövşənin ad günüdür. Ömrünün üstünə daha bir yaş da gələn şairin 68 yaşı tamam olur.

“...yadda qalan bir gecə olsun” - Ramiz Rövşən

Bu gün yaradıcılığı ilə ürəkləri fəth edən sevimli şairimiz Ramiz Rövşənin ad günüdür. Ömrünün üstünə daha bir yaş da gələn şairin 68 yaşı tamam olur.


Ramiz Rövşən AzNews.az-a açıqlamasında doğum gününü uzun illərin dostarı ilə birlikdə qeyd edəcəyini bildirib: "Bir azdan dəniz kənarına çıxacağıq. Çalışaçağıq ki, yadda qalan bir gecə olsun. Mən mətbuat vasitəsi ilə hər kəsə təşəkkür edirəm. Sağ olun ki, varsınız".

Qeyd edək ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist, ssenari redaksiya heyətinin üzvü, kinostudiyanın baş redaktoru işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. O, həmçinin bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Bahar RÜSTƏMLİ
AzNews.az