Müəllifi olduğu “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla dünya şöhrətli yazıçı Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb. Müəllifi olduğu “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla dünya şöhrətli yazıçı Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.

Kamal Abdulla Umberto Eko ilə görüşdü – FOTO

Müəllifi olduğu “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla dünya şöhrətli yazıçı Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.


Umberto Eko Kamal Abdullanı dünyanın ən məhşur kitabxanaları ilə müqayisə olunacaq dərəcədə zəngin kitabxanası ilə tanış edib, qədim əlyazmalardan tutmuş müasir nəşrlərə qədər seçilmiş nadir nüsxələr barədə maraqlı məlumatlar verib.

Görüş zamanı Kamal Abdulla Azərbaycan haqqında, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, ölkəmizdə mövcud olan tolerant və multikultural mühit, "Kitabi-Dədə Qorqud" dastanları və qədim yunan, Roma mifləri arasındakı səsləşmə, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğalı faktı, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti və digər ədəbi-mədəni konseptual məsələlərlə bağlı Umberto Eko ilə fikir mübadiləsi aparıb. Kamal Abdullanın Sandro Teti Nəşriyyatı tərəfindən italyan dilində çap olunmuş "Yarımçıq əlyazma" romanını oxuduğunu bildirən Umberto Eko belə bir romanla yazıçını təbrik edib və ona öz ürək sözlərini çatdırıb. Görüşdə iştirak edən nəşriyyat müdiri Sandro Teti Umberto Ekoya professor Franko Kardininin romana yazığı ön sözlə bağlı sual verib: "Professor Kardini ön sözdə qeyd edir ki, Kamal Abdulla, heç şübhəsiz, qraf Pototski, dahi Manzoni və həmçinin professor Ekonun bəyənib təqdir edəcəyi bir əsər ilə bizi onlar kimi təəccübləndirir və çaşqınlıq yaradır. Professor Kardiniyə inanmaq olarmı?" Suala dahi yazıçı gülümsəyərək belə cavab verib: "Bu məsələdə mənimlə bağlı professor Kardiniyə inanmaq olar, Manzoni ilə bağlı isə o, bu dünyada olmadığından Allahdan soruşmaq lazımdır."

Görüş əsnasında Kamal Abdulla professor Umberto Eko və xanımını Azərbaycana dəvət edib. Dəvət ev sahibləri tərəfindən məmnuniyyətlə qəbul edilib. Kamal Abdullanın İtaliyada iştirak etdiyi tədbirlər – Roma Kitab Yarmarkası, televiziya, radio və qəzetlərdə olan təqdimat və intervülər, xüsusən, Umberto Eko ilə görüş haqqında saytımız tərəfindən daha ətraflı məlumat veriləcək.

Kult.az.