“Hesab edin ki, artiq rus rublunun dəyərini 60% itirib. “Hesab edin ki, artiq rus rublunun dəyərini 60% itirib.

Rublun Azərbaycana təsirləri: “Bu, dəhşətli bir şokdur”

“Hesab edin ki, artiq rus rublunun dəyərini 60% itirib.

Dünənə qədər 48% idi. Bu gün günortaya qədər 10% idi, indi daha 2%-ə yaxın ucuzlaşma gedib".

AzNews.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert İlham Şaban Rusiyada baş verən iqtisadi böhrana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qonşu ölkədə baş verən proseslər şok effekt verəcək:

"İlin əvvəlində ayda 1000 dollar rubl ekvivalenti ilə qazanan azərbaycanlı qastrabayter deyək, orada çalışan deyək, indi ilin sonunda birdən-birə 400 dollar qazanır və son da görsənmir... Bu, əslində, dəhşətli bir şokdur, çünki, nəzərə alsaq ki, azərbaycanlıların əksər hissəsi ticarət və xidmət sahəsində cəmləşib və məhz bu cür kataklizmlər vaxtı insanlar qənaəti mümkün qədər o sahələrdə edir. Ən pisi isə odur ki, Rusiyada bu saat biznesin daralması müşahidə olacaq ki, bu da insanlarda pul kütləsinin azalmasından gələn bir məsələdir".

Ekspertin fikrincə, bu məsələdə neft vəsaitlərinin azalması bu prosesdə əsas amildir:
"Təbii ki, neft vəsaitlərinin 2 dəfədən azalması faktoru burada əsas amildir. Və Rusiyadan katastrofik həcmdə çıxarılan kapital - bu il 120-130 mlrd dollar təxmin edilir. Bu da Krıma görə Rusiyanın cəmi 6 ayda (sanksiyalar onun iqtisadiyyatına 01.07.2014-dən tətbiq edilib). İndi təsəvvür edin 1 ildən sonra Rusiyanın aqibətini".

İlham Şaban hesab edir ki, Rusiyada baş verən bu dəhşətli proses Azərbaycana da çox ciddi təsirlər göstərəcək: "2013-cü ildə Azərbaycana təkcə köçürmə yolu ilə 1 mlrd dollar Rusiyadan vəsait göndərilib. Nağd nə qədər gətirilirdi? Çətinlik çəkirəm bir rəqəm söyləməyə, ancaq ara-sıra kriminal xəbərlərdə elə pul məbləğləri sərnişinlərdən tuturdular ki, adam heyrətlənməyə bilmir. Fakt isə bundadır ki, cari ildə və gələn ildə Azərbaycana Rusiyadan gətirilən vəsait artıq 2 dəfədən azalacaq ki, bu da ölkənin daxili bazarına təsirsiz ötüşməyəcək".


Azər
AzNews.az