“Mənim sağlamlığımla maraqlanan hər kəsə salamlarımı çatdırın”. “Mənim sağlamlığımla maraqlanan hər kəsə salamlarımı çatdırın”.

“İsraildən gələndən sonra yaxşıyam” – Vaqif Səmədoğlu

“Mənim sağlamlığımla maraqlanan hər kəsə salamlarımı çatdırın”.

Bunu AzNews.az-a açıqlamasında xalq şairi Vaqif Səmədoğlu deyib.

O bildirib ki, hazırda müalicəsi ev şəraitində davam edir: "İsraildən gələndən sonra yaxşıyam. İndi Bakıda xəstəxanaya gedirəm. Həkim baxmalıdır. Yəqin ki, axşama evə qayıdacam. Mənimlə maraqlanan hər kəsə salamlarımı çatdırın".

Qeyd edək ki, V.Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. Bu günlərdə səhhəti qəfildən pisləşən şair xüsusi təyyarə ilə İsrailə aparılmışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az