Müğənni Rüfət Axundov qəzaya düşüb. Müğənni Rüfət Axundov qəzaya düşüb.

Müğənni Rüfət Axundov qəzaya düşdü: Yaralı var

Müğənni Rüfət Axundov qəzaya düşüb.

AzNews.az xəbər verir ki, Binəqədi rayonu ərazisində baş verən hadisəyə başqa sürücü səbəb olub. Belə ki, nömrə nişanı bəlli olmayan VAZ 21-07 markalı avtomobil idarə etməni itirərək, əvvəlcə müğənninin idarə etdiyi "Toyota" markalı avtomobilə çırpılıb, daha sonra isə yaxınlıqdakı dayanacaqda avtobus gözləyən bir şəxsə dəyib. Həmin şəxs bərk əzilib və Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Məlum olub ki, VAZ 21-07 markalı avtoomobilin sürücüsü Səxavət adlı şəxsdir. Hadisə şahidlərinin sözlərinə görə, o Biləcəridə yerləşən DYP-nin Binəqədi rayon cərimə meydançasının (Binəqədı,Xarici Dairəvi,3123) nəzarətçisidir.

Rüfət Axundov xəbəri təsdiqləyib. O, AzNews.az-a açıqlamasında bilidirb ki, qəza iki gün öncə olub: "Hadisə qəfildən oldu. Mənim avtomobilimə çox da ziyan dəyməyib".

Müğənni hadisənin təfərrüatlarını danışmaqdan boyun qaçırıb.

Bahar,
Sebuhi
AzNews.az