"Neftçi"nin bir azarkeşi polis tərəfindən saxlanılıb. "Neftçi"nin bir azarkeşi polis tərəfindən saxlanılıb.

“Neftçi“nin azarkeşi həbs olundu

"Neftçi"nin bir azarkeşi polis tərəfindən saxlanılıb.


ANS PRESS-in məlumatına görə, "İnter"lə oyunun ilk yarısında "Flaqman" fan-klubunun üzvü Bədirxan Osmanov həbs olunub. "İnter Arena"da saxlanılan azarkeş polis bölməsinə aparılıb.

Qeyd edək ki, Topaz Premyer Liqasında XVII turunun oyunları keçirilib. "İnter" "Neftçi"ni qəbul edib. Hesabı 41-ci dəqiqədə Nikolas Kanales açıb.

64-cü dəqiqədə Junior Nildo bərabərliyi təmin edib. 71-ci dəqiqədə isə Məhəmməd Mirzəbəyov "İnter"ə qələbə qazandırıb - 2:1.

"Neftçi" növbəti turda məcburi istirahət etməli olduğundan ili məğlubiyyətlə bitirib.