““Şöhrət” ordeninə təltif olunmağımı böyük sevinc hissi ilə qarşıladım”. ““Şöhrət” ordeninə təltif olunmağımı böyük sevinc hissi ilə qarşıladım”.

“Şöhrət” ordeni çox gözlənilməz oldu – Elton Məmmədov

““Şöhrət” ordeninə təltif olunmağımı böyük sevinc hissi ilə qarşıladım”.



Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov deyib.
O bildirib ki, Prezidentin ona belə bir yüksək orden verməsi gözlənilməz olub:
"Prezident tərəfindən mükafatlandırılmaq hər bir Azərbaycan vətəndaşının arzusudur. Amma açığı, gözləmirdim. Bu mənimçün çox gözlənilməz oldu. "Şöhət" ordeni ilə təltif etmək cənab Prezidentin səlahiyyətinə aiddir. Məni "Şöhrət" ordeni ilə təltif etdiyi üçün mən möhtərəm prezidentə ilk öncə Allahdan can sağlığı diləyirəm. İkincisi, onun qarşıdan gələn doğum gününü təbrik edirəm. Özünə, ailəsinə və dövlətimizin inkişafı naminə ona uzun ömür və can sağlığı arzulayıram. Təşəkkürümü, hörmətimi, ehtiramımı bildirirəm ki, mənim ictimai-siyasi həyatımda gördüyüm işlərə görə, məni qiymətləndirib və önə çəkib".

Qeyd edək ki, Prezidenti İlham Əliyev Elton Məmmədovu ictimai-siyasi həyatında fəal iştirakına görə Elton Məmmədovu "Şöhrət" ordeni ilə təltif edib.


Bahar RÜSTƏMLİ
AzNews.az