Qazaxıstan Senatı Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq üçün imzaladığı sazişi ratifikasiya edib. Qazaxıstan Senatı Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq üçün imzaladığı sazişi ratifikasiya edib.

Qazaxıstan Senatı da Ermənistana “hə” dedi

Qazaxıstan Senatı Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq üçün imzaladığı sazişi ratifikasiya edib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti-Qazaxıstan" saytı yayıb.

"Bu qanunun qüvvəyə minməsindən sonra Ermənistan AİB-in tam hüquqlu üzvü olacaq və öz öhdəsinə düşən bir çox öhdəlikləri yerinə yetirəcək. Bu Birliyə daxil olan bütün ölkələr öz vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün iqtisadi inteqrasiyalara üstünlük verəcək", - deyə Qazaxıstan milli iqtisadiyyat naziri Erbolat Dosayev bildirib.

Qeyd edək ki, bu qanun layihəsi öncə Qazaxıstan parlamentinin aşağı palatasında qəbul edilib.

Ermənistan Avrasiya İqtisadi Birliyinə qəbul olmaq üçün sənədə oktyabr ayının 10-da Belarusun paytaxtı Minsk şəhərində qol çəkib.