Azərbaycanın Qax rayonunda itkin düşən ahıl yaşlı kişinin meyiti tapılıb. Azərbaycanın Qax rayonunda itkin düşən ahıl yaşlı kişinin meyiti tapılıb.

Azərbaycanda şairin meyiti tapıldı

Azərbaycanın Qax rayonunda itkin düşən ahıl yaşlı kişinin meyiti tapılıb.


AzNews.az xəbər verir ki, bu barədə Report.az-a Qax Rayon Polis Şöbəsindən məlumat verilib.

Rayonun Qaşqaçay kənd sakini, 1938-ci il təvəllüdlü Quliyev Səməndər Hacı oğlunun meyiti çay kənarında kənd camaatı tərəfindən tapılıb. Onun yüksəklikdən yıxılaraq öldüyü bildirilir. Qeyd edək ki, S. Quliyev dekabrın 15-də evdən kəndin yaxınlığındakı meşəliyə meyvə yığmaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Xatırladaq ki, 76 yaşlı S. Quliyev Qax rayonunda şair kimi də tanınıb. Onun indiyə qədər bir neçə şeirlər kitabı çapdan çıxıb.