Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Mingəçevir şəhərində qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün seçki müşahidəçilik təlimləri keçirilib. Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Mingəçevir şəhərində qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün seçki müşahidəçilik təlimləri keçirilib.

Mingəçevirdə jurnalistlər üçün seçki təlimləri keçirildi - FOTO

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Mingəçevir şəhərində qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün seçki müşahidəçilik təlimləri keçirilib.



AzNews.az xəbər verir ki, Mingəçevir Media Resurs Mərkəzində "Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları" mövzusunda keçirilən təlimlərə bölgədə fəaliyyət göstərən 25 nəfər jurnalist qatılıb. Təlimlər, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə yardımı ilə icra edilən "Jurnalistlərin seçkiləri müşahidə vərdişlərinin artırılmasına yardım" layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, təlimlərin keçirilməsində məqsəd qarşıdan gələn bələdiyyə seçkilərində jurnalistlərin peşəkar müşahidəçi kimi iştiraklarına yardım göstərmək olub: "Bələdiyyə institutunun möhkəmlənməsində və inkişaf etdirilməsində medianın rolu böyükdür. Bələdiyyələrin mahiyyəti, strukturu, problemləri barədə il boyu informasiyalar yaymaqla KİV-lər əhalinin bələdiyyələrə olan maraqlarını artırılar. Digər tərəfdən, jurnalistlər seçki günü müşahidə aparmaqla seçkilərin şəffaf və ədalətli keçməsinə, əhalinin bələdiyyələrə olan etimadlarının möhkəmlənməsinə xidmət göstərirlər. Bu baxımdan jurnalistlər seçki prosesinə peşəkar yanaşmaları tələb edilir ki, keçirdiyimiz təlimlər də bu məqsədə xidmət edir".

Təlimə qatılan jurnalistlərə və bölgədə mövcud olan KİV redaksiyalarına "Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi" kitabı paylanılıb. KİVDF-nin maliyyə yardımı ilə nəşr edilmiş kitab redaksiyalara və jurnalistlərə pulsuz paylanıb.

Azər