“Əfvlə bağlı artıq işlər yekunlaşıb. Biz bütün sənədləri hazırlayıb işçi qrupunun katibliyinə təqdim etmişik. İndi işçi qrupunun yığışmasını gözləyirik”. “Əfvlə bağlı artıq işlər yekunlaşıb. Biz bütün sənədləri hazırlayıb işçi qrupunun katibliyinə təqdim etmişik. İndi işçi qrupunun yığışmasını gözləyirik”.

“Əfvlə bağlı işlər yekunlaşıb, siyahımızda 27 məhbusun adı var”

“Əfvlə bağlı artıq işlər yekunlaşıb. Biz bütün sənədləri hazırlayıb işçi qrupunun katibliyinə təqdim etmişik. İndi işçi qrupunun yığışmasını gözləyirik”.



AzNews.az xəbər verir ki, bu barədə Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

O, hazırladıqları siyahıya 27 nəfər siyasi məhbusla yanaşı, müraciət edən sadə vətəndaşların da adının daxil edildiyini bildirib:

"Bizə bir çox sayda vətəndaş ərizə ilə müraciət edib, eyni zamanda cəza müddətinin üçdə ikisini çəkənlər də var, onların da müraciətinə baxırıq".

Novella Cəfəroğlunun sözlərinə görə, Ədliyyə Nazirliyində yaxşı bir ənənə yaranıb: "Deməli, həbsxana rəhbəri tərəfindən yox, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu tərəfindən cəzasının müəyyən hissəsini çəkənlərin ailə üzvlərinin iştirakı ilə evlərinə buraxılırlar. Bu, çox vacib məsələdir".