“Bizi dövlətin fəxri ad səviyyəsinə tamaşaçılar qaldırıb”. “Bizi dövlətin fəxri ad səviyyəsinə tamaşaçılar qaldırıb”.

“Çörəyimiz “Bu şəhərdə”dən çıxır” - Müşfiq Abbasov

“Bizi dövlətin fəxri ad səviyyəsinə tamaşaçılar qaldırıb”.


Bunu AzNews.az-a açıqlamasında "Bu şəhərdə"nin prodüsseri Müşfiq Abbasov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi teatr bundan sonra əməkdar artist fəxri adı səviyyəsində işləyəcək: "Məsuliyyətimiz daha da artdı. Dövlətin siyahısında biz də yer aldıq. Bizi bu səviyyəyə gətirən Azərbaycan tamaşaçılarına "sağ ol" deyirik. Bizim çörəyimiz "Bu şəhərdə"dən çıxır".

M.Abbasov əlavə edib ki, mart ayında tədqim ediləcək konsert layihəsində "Bu şəhərdə"nin ssenarisində tamamilə dəyişiklik edilib: "Yeni bir layihə ilə gələcəyik. İnanıram ki, bu layihə "Bu şəhərdə"ni tamaşaçılara daha da sevdirəcək".

Qeyd edək ki, prezident İlham Əliyev bir qrup sənət adamını fəxri adlarla təltif edib.
"Bu şəhərdə"nin tanınmış aktyorları Rəfael İsgəndərov və Coşqun Rəhimov "Əməkdar artist" fəxri adına layiq görülüblər.

Bahar RÜSTƏMLİ
AzNews.az