“Ukraynadakı vəziyyət ilin sonunadək stabilləşə bilər”. “Ukraynadakı vəziyyət ilin sonunadək stabilləşə bilər”.

“...irəli getmək istəyirik” – Fransua Olland

“Ukraynadakı vəziyyət ilin sonunadək stabilləşə bilər”.



AzNews.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Fransua Olland deyib.

Ollandın Ukraynadakı böhranı müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkellə görüşəcəyi deyilir.

Görüşün Avropa Birliyinin sammitindən sonra ya bazar, ya da həftənin bazar ertəsi günü baş tutacağı gözlənilir.

"Biz ilin sonunadək Ukraynadakı vəziyyəti stabilləşdirmək üçün işləmək, irəli getmək istəyirik. İstəyirik ki, növbəti ilin yanvarında Minsk razılaşmasının bütün müddəaları həyata keçirilsin", - deyə Fransa prezidenti əlavə edib.