Niderland Krallığının “De Gelderlander” qəzetində “Qarabağ faciəsi fotolarda” adlı məqalə dərc edilib. Niderland Krallığının “De Gelderlander” qəzetində “Qarabağ faciəsi fotolarda” adlı məqalə dərc edilib.

Niderland qəzeti Xocalı soyqırımından yazdı

Niderland Krallığının “De Gelderlander” qəzetində “Qarabağ faciəsi fotolarda” adlı məqalə dərc edilib.



AzNews.az xəbər verir ki, bu barədə AzərTAc-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məqalədə Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərlə bağlı bu günlərdə Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderlandın bir çox şəhərlərində keçirilən sərgilərdən bəhs olunur. Yazıda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına istinadən bildirilir ki, əslində Qarabağ faciəsini sərginin keçirildiyi iki günə sığdırmaq mümkün deyil. Dağlıq Qarabağ hər kəsin bildiyi kimi, Azərbaycanın tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bölgədə soyqırımı həyata keçirib.

Məqalədə bu fotosərginin 2015-ci ilin ilk aylarında Niderlandın Ahterhuk bölgəsinin Aalten şəhərində də təşkil olunacağı diqqətə çatdırılır. Müəllif fotolarda əks olunanlar barədə məlumat verir. Qeyd edilir ki, sərgilənən fotolar beşiklərin məzara çevrildiyi 22 il əvvəli – Qarabağ insanlarının həyat hekayələrini üzə çıxarır: nəvəsi ilə birlikdə qətlə yetirilmiş yaşlı qadın, yatmış uşağın gecə köynəyindəki qan ləkələri, ümidsiz bir ananın fəryadı, yerlərdə uzanmış bədənlər... Xocalı soyqırımı zamanı amansızlıqla qətlə yetirilən insanların acılarını təsvir edən müəllif sərgilərin məqsədinin bəşəriyyətə mesaj, Xocalı soyqırımı zamanı yaşananları dünya ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayır.