Danimarka parlamenti ikili vətəndaşlıq haqqında qanun layihəsini qəbul edib. Yeni qanun rəsmi şəkildə ikili vətəndaşlığa icazə verir. Danimarka parlamenti ikili vətəndaşlıq haqqında qanun layihəsini qəbul edib. Yeni qanun rəsmi şəkildə ikili vətəndaşlığa icazə verir.

Danimarkada ikili vətəndaşlıq qəbul edildi

Danimarka parlamenti ikili vətəndaşlıq haqqında qanun layihəsini qəbul edib. Yeni qanun rəsmi şəkildə ikili vətəndaşlığa icazə verir.



AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, bundan sonra Danimarkada yaşayan mühacirlər ilkin vətəndaşlığını saxlamaqla bərabər, bu ölkənin vətəndaşı ola bilərlər. Qanun xarici ölkələrdə yaşayan danimarkalılara da öz vətəndaşlığını itirmədən hazırda yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməyə icazə verir.

Yeni qanuna Danimarka parlamenti üzvlərinin çoxu səs verib: 89 deputat qanunun lehinə, 19-u əleyhinə olub.

İkili vətəndaşlıq lap əvvəldən sosial-demokrat koalisiyalı indiki hökümətin siyasi platformasının bir hissəsi olsa da, bu məsələdə böyük irəliləyiş ötən il baş verib. Müxalifətin aparıcı partiyası "Venstre" ikili vətəndaşlıq haqqında çoxdankı mövqeyini dəyişərək, bu qanunu dəstəkləmək qərarına gəlib.

Qeyd edək ki, yeni qanun 2015-ci il sentyabrın 1-də qüvvəyə minəcək.