Məlum olduğu kimi, müğənni Xatirə İslamla teleaparıcı Vüsalə Kərimova arasında qalmaqal yaşanıb. Məlum olduğu kimi, müğənni Xatirə İslamla teleaparıcı Vüsalə Kərimova arasında qalmaqal yaşanıb.

“Mən sözümü birbaşa efirdə dedim...” - Xatirə İslam

Məlum olduğu kimi, müğənni Xatirə İslamla teleaparıcı Vüsalə Kərimova arasında qalmaqal yaşanıb.



AzNews.az xəbər verir ki, bu qalmaqala səbəb aparıcının "Xatirə Rüfətlə eşq yaşayır" replikası olub. Aparıcının bu sözündən sonra Xatirə İslam "Günaydın" verilişini tərk edib.

Bu haqda müğənni Xatirə İslam AzNews.az-a açıqlamasında bildirib ki, o, aparıcı Vüsalə Kərimovanın heç bir ittihamına cavab verməyəcək: "Mən qalmaqal adamı deyiləm. Sözümü birbaşa efirdə deyib, oradan da çıxmışam. Daha heç nə danışmaq istəmirəm, vəssalam. Kimsə nəsə deyibsə, mən ona cavab verməli deyiləm ki".

Qeyd edək ki, teleaparıcı Vüsalə Kərimova olayla bağlı "Qafqazinfo"ya açıqlama verib və Xatirənin bu cür addım atmasının düzgün hal olmadığını deyib :
"Xatirə verilişdən getməklə nə etdisə, özünə etdi, mənə etmədi. O hesab edir ki, qəhrəmanlıq edib, amma yanılır. O, "Space" rəhbərliyinə zəng vurub ki, veriliş efirə getməsin. Xatirə güclü adam deyil ki, hansısa kanalın verilişini saxlatsın. O, birinci güzgüdə özünə baxsın. Mən sərbəst, azad, həyat yoldaşı olmayan qadınam. Xatirədən də eybəcər deyiləm, ayağımda olan gözəllik Xatirənin üzündə yoxdur, bundan əminəm. Mənim kiminləsə sevişməyim çox normal haldır, tək qadınam. Amma Xatirənin kiminləsə adının hallanması, sevişib və ya sevişməməsi pis haldır, yanında ər deyib gəzdirdiyi biri var. Deyəcəyim çox söz var, ana olduğu üçün susuram".

Bahar RÜSTƏMLİ
AzNews.az