Ser Uinston Çörçilə məxsus rəsm əsəri hərracda təqribən 1.8 milyon funt sterlinqə (2.2 milyon manat) satılıb. Ser Uinston Çörçilə məxsus rəsm əsəri hərracda təqribən 1.8 milyon funt sterlinqə (2.2 milyon manat) satılıb.

Çörçilın rəsm əsəri 1.8 milyon funt sterlinqə satıldı

Ser Uinston Çörçilə məxsus rəsm əsəri hərracda təqribən 1.8 milyon funt sterlinqə (2.2 milyon manat) satılıb.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, Kentdəki mənzilində yerləşən gölməçəni təcəssüm etdirən "The Goldfish Pool at Chartwell" (Çartueldə Qızılbalıq Hovuzu) əsəri 1932-ci ildə çəkilib.

Rəsm əsəri Çörçilın qızının vəfatından (bu ilin may ayında) sonra çərşənbə günü Londonda, Sothebys auksionunda hərraca qoyulmuşdu.


Çörçilın rəsmlərindən birinə aid öncəki hərrac rekordu bir milyon funt olub. Çörçilə məxsus 15 rəsm əsəri ümumilikdə 15.4 milyon funt gəlir gətirib.

Sothebys "The Goldfish Pool at Chartwell" əsərini Çörçilın şah əsəri və rəssamın heyrətamiz təzahürü kimi təsvir edib.



Bu əsərə təqribi 400,000 - 600,000 funt qiymət qoyulmuşdu.

Rəssamın digər əsəri "Tapestries at Blenheim" isə bir milyon funta satılıb.


Çörçilə məxsus digər əşyalardan, 1921-22-ci illərdə dövlət katibi olarkən istifadə etdiyi qırmızı məlumat qutusu təxmini qiyməti olan 5,000 - 7,000 funtu aşaraq 158,500 funta satılıb.

Uinston Çörçil İkinci Dünya Müharibəsi zamanı Britaniyanın baş naziri olub. O, 1965-ci ildə vəfat edib. 91 yaşında vəfat edən Mary Soames isə Çörçilın sağ qalmış sonuncu övladı olub.