İsmayıl bəy Qutqaşınlı küçəsində sökülməyini gözləyən cəmi 2 ev qalıb. Cəmilə Əliyeva deyir ki, evləri mübahisəli olduğu üçün ailəyə veriləcək pul da azdır. İsmayıl bəy Qutqaşınlı küçəsində sökülməyini gözləyən cəmi 2 ev qalıb. Cəmilə Əliyeva deyir ki, evləri mübahisəli olduğu üçün ailəyə veriləcək pul da azdır.

Sökülmüş evlərin atılmış “Konstitusiya“ sı- VİDEO

İsmayıl bəy Qutqaşınlı küçəsində sökülməyini gözləyən cəmi 2 ev qalıb. Cəmilə Əliyeva deyir ki, evləri mübahisəli olduğu üçün ailəyə veriləcək pul da azdır.

Belə ki, evin bir hissəsi başqa adamın adına qaraj kimi qeydiyyatlıdır. 45 kvadrat metr olan evə 28 kvadrat metrin pulu verilir. Bu da ailənin etirazına səbəb olur.

Gülçöhrə Hüseynova deyir ki, onlar evdən köçsünlər deyə telefon xətlərini kəsiblər. Ailənin evdən köçməsi üçün əlavə problemlər yaradılır.

4 uşaq anası Cəmilə xanım deyir ki, ona bu evdə yaşamaq rahatdır. O, böyük övladının ruhi əsəb xəstəsi olduğu üçün tez-tez yaxınlıqdakı ruhi əsəb dispanserinə apardığını deyir. Onlara şəhərdən kənarda ev verilərsə, bu rahatlığından məhrum olacağı fikrindədir. Qadın deyir ki, evdən çıxmayacaqları halda gəlib qaz xətlərini kəsəcəkləri ilə hədələyirlər.

Cəmilə xanımın oğlu sökülən evlərdə qalan kitabları salofana yığıb evlərinə daşıyır. Sökülən evlərdən çıxan kitabların içərisində "Konstitusiya" kitabı da var.