Abşeron rayonunda 5 otaqlı evdə yanğın olub. Abşeron rayonunda 5 otaqlı evdə yanğın olub.

5 otaqlı ev yandı - Bakıda

Abşeron rayonunda 5 otaqlı evdə yanğın olub.



AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, ev əşyaları 28 kv.m sahədə yan;b və yüksək temperaturdan bir otağın lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.