Yaşadığımız planetdə demək olar ki, bütün ölkələrin öz valyutaları var. Yaşadığımız planetdə demək olar ki, bütün ölkələrin öz valyutaları var.

Dünyanın ən “dəyərsiz” valyutaları – FOTOLAR

Yaşadığımız planetdə demək olar ki, bütün ölkələrin öz valyutaları var.



O valyutaların hazırda hansının dəyərinin yüksək olduğunu hamı bilir: İsveçrə frankı, ingilis fint sterlinqi, avro, Küveyt dinarı, ABŞ dolları...

"Dəyərsiz" valyutalardan söz düşəndə isə indi hamı göz önünə rus rublunu gətirir.


Ancaq ekspertlərin fikrincə, bu gün rublun dollara və avroya nisbətdə aşağı düşməsinə baxmayaraq o, dayanıqlı pul vahididir.

AzNews.az "dəyərsiz" pul vahidlərinin bir neçəsini sizə təqdim edir.


Vyetnam donqu – Hazırda 1 avro 26 min Vyetnam donquna bərabərdir. Yerli əhali artıq bu pulun alıcılıq qabiliyyətinə inanmır və ölkəyə gələn turistlərdən xahiş edirlər ki, alış-verişi dollarla etsinlər.


Zambiya kvaçı – Hazırda 1 avro 600 kvaça bərabərdir. Ölkədə bu pulu ən çox adına görə bəyənmirlər.


İran rialı – Hazırda 1 avro 33 min İran rialına dəyişdirilir. Bu pulun dəyəri 1979-cu ildə düşüb. İranda o vaxtdan bəri daima inflyasiya davam edir.


İndoneziya rupisi – Hazırda 1 avro 15 min İndoneziya rupisinə bərabərdir.


Paraqvay quaranisi – Hazırda 1 avro 6 min quaraniyə dəyişdirilir.


San-Tome və Prinsipinin dobrası – Afrikada, Qvineya körfəzində yerləşən bu kiçik ada ölkəsində 1 avro 25 min dobraya bərabərdir.

AzNews.az