İlahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. İslamazeri.az saytının məlumatına görə, o, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı sayta Elşən Mustafaoğlunun yaxınları verib. İlahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. İslamazeri.az saytının məlumatına görə, o, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı sayta Elşən Mustafaoğlunun yaxınları verib.

Tanınmış ilahiyyatçı və TV aparıcısı həbs olundu

İlahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. İslamazeri.az saytının məlumatına görə, o, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı sayta Elşən Mustafaoğlunun yaxınları verib.


Saytın xəbərində qeyd olunur ki, dekabrın 19-da Hacı Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 3 gündür MTN-in təcridxanasında saxlanılırmış. İlahiyyatçının hansı maddə ilə ittiham olunduğu hələ ki, məlum deyil.

2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti", 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişlərinin aparıcısı olub.

2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin "Azərbaycan-Amerika Media Akademiyası"nın direktoru olub.

Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə ürə çalışıb və bu ilin əvvəllərində ölkəyə qayıdıb. Bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı. Hələlik onun hansı səbəbdən saxlanıldığı və hansı maddə ilə ittiham olunduğu bilinmir(ans).