Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ABŞ prezidenti Barak Obamanı qabaqlayaraq Kuba prezidenti Raul Kastro ilə görüşüb. Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ABŞ prezidenti Barak Obamanı qabaqlayaraq Kuba prezidenti Raul Kastro ilə görüşüb.

Dmitri Roqozin Kuba prezidentilə görüşdü

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ABŞ prezidenti Barak Obamanı qabaqlayaraq Kuba prezidenti Raul Kastro ilə görüşüb.





AzNews.az xəbər verir ki, bu haqda məlumatı RİA "Novosti" agentliyi yayıb.

Məlumatda deyilir ki, görüş Kubanın paytaxtı Havana şəhərində reallaşıb. Rəsmi səfərlə bu ölkəyə gələn rusiyalı nazir prezidentlə beynəlxalq arenada mövcud olan problemlərdən danışıb, iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrindən söz açıb.

Roqozin səfər çərçivəsində sovet əsgərinin şərəfinə qoyulmuş heykəlin önünə əklil qoyub, Kuba pianoçusu Franko Fernandesə "Puşkin" medalı verib.


Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidenti Barak Obama prezidentlik müddəti başa çatanadək Kubaya rəsmi səfər edəcəyini vurğulayıb.

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin isə bu olayla bağlı özünün Twitter səhifəsində "ABŞ Kubanı məhv edəcək" sözlərini yazıb.