“Nurəngiz xanım Azərbaycan Yazıçılar Birliyindən götürülməyəcək”. “Nurəngiz xanım Azərbaycan Yazıçılar Birliyindən götürülməyəcək”.

Anar Nurəngiz Günün ölümündən danışdı – AYB dəstək verəcək

“Nurəngiz xanım Azərbaycan Yazıçılar Birliyindən götürülməyəcək”.


Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, mərhumə Nurəngiz Günlə vida mərasimi öz yaşadığı evdə olacaq və ordan dəfnə aparılacaq: "Ancaq onu da deyim ki, Yazıçılar Birliyi onun dəfninə dəstək verəcək".

Qeyd edək ki, şairənin qızı, millət vəkili Jalə Əliyeva anasının dəfni ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən cavab gözlədiyini deyib: "Bu gün hələ ki, evdəyik. Vida və dəfn mərasimi ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən cavab gözləyirik"

Şairə Nurəngiz Gün bu gün səhər saatlarında dünyasını dəyişib.