Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Qonşusunu qətlə yetirən şəxs tutuldu

Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.



Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da saat 21:40 radələrində, Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsində yaşayan 1981-ci il təvəllüdlü Nurlan Ağayevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən qonşusu 1959-cu il təvəllüdlü Çərkəz Yusifov tutulub.

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 18-də günorta saatlarında Xaqani küçəsində Bakı şəhər sakinləri - Fuad Cahangirli və Fərid Cəmillilyə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan İbişov tutulub.