Bakı şəhərində yanğın hadisəsi baş verib. Bakı şəhərində yanğın hadisəsi baş verib.

Bakıda hündür binada yanğın - Sakinlər təxliyə olundu

Bakı şəhərində yanğın hadisəsi baş verib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.

Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10.38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.