Dekabrın 12-də Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verilməyən və nəticədə ictimai qınağa səbəb olan, polisin müdaxiləsi ilə əxlaqsızlıq yuvası olub-olmadığı araşdırılan “İnfiniti” gecə klubu fəaliyyətini bərpa edib. Dekabrın 12-də Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verilməyən və nəticədə ictimai qınağa səbəb olan, polisin müdaxiləsi ilə əxlaqsızlıq yuvası olub-olmadığı araşdırılan “İnfiniti” gecə klubu fəaliyyətini bərpa edib.

Adı əxlaqsızlıq yuvası kimi hallanan “İnfiniti” açıldı

Dekabrın 12-də Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verilməyən və nəticədə ictimai qınağa səbəb olan, polisin müdaxiləsi ilə əxlaqsızlıq yuvası olub-olmadığı araşdırılan “İnfiniti” gecə klubu fəaliyyətini bərpa edib.



AzNews.az xəbər verir ki, Axar.az-ın əməkdaşı gecə klubunun yerləşdiyi əraziyə baş çəkərkən "İnfiniti" barının yenidən fəaliyyətə başladığını müşahidə edib.

"İnfiniti" barının əxlaqsızlıq yuvası olduğu barədə yayılan xəbərlərə rəğmən, klubun fəaliyyətini yenidən bərpa etməsi isə qaranlıq olaraq qalır.

Ötən həftə Nəsimi Rayon Polis İdarəsindən "İnfiniti" barının əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə daxil olan məlumatın araşdırıldığı bildirilmişdi.

Bu gün isə Nəsimi RPİ-nin 22-ci polis bölməsindən Axar.az-a bildirilib ki, klubun fəaliyyəti ilə bağlı növbəti həftə ətraflı məlumat veriləcək:

"Hazırda bölmə bələdiyyə seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tərəfimizdən dairə və məntəqələrdə səsvermə blankları və qutuların mühafizəsi təmin edilir. Sözügedən məsələ ilə bağlı növbəti həftə sizi məlumatlandırmağa çalışacaq".

Qeyd edək ki, dekabrın 12-də Heydər Əliyevin anım günü "İnfiniti" gecə klubunda əyləncə təşkil olunaraq, yüksək tonla musiqi səsləndirilib. Ərazidə olan polis əməkdaşları bunun sayğısızlıq olduğunu deyərək musiqinin dayandırılmasını tələb edib. Ancaq "İnfiniti" klubunun rəhbərliyi polisin tələbinə əhəmiyyət verməyib. Bundan sonra əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gələrək sayğısızlıq edən klubda araşdırmalara başlayıblar.

"İnfiniti" gecə klubunun əxlaqsızlıq yuvası olduğu barədə isə uzun müddətdir mediada xəbərlər gedir.