Evdən qızıl oğurlayan şəxs tutuldu

Ağcabədi şəhərinin Nəriman Nərimanov küçəsində rayon sakini Mehriban Şərifzadəyə məxsus evdən oğurluq edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ev sahibi yerli Polis Şöbəsinə müraciət edərək beş min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması haqda məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları isti izlərlə oğurluqda şübhəli bilinən rayon sakini Xəyal Qurbanovu saxlayıblar. Onun üzərinə baxış keçirilərkən, oğurlanmış əşyalar müəyyən edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.