Ebola virusunun qurbanlarının sayı artmaqda davam edir. Ebola virusunun qurbanlarının sayı artmaqda davam edir.

Ebola 7373 insanın canını aldı

Ebola virusunun qurbanlarının sayı artmaqda davam edir.


Lenta.ru xəbər verir ki, ölən şəxslərin sayı 7373-ə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Hesabata əsasən indiyə kimi Ebolaya 19031 nəfər yoluxub. Təkcə son 3 gün ərzində isə Qvineya, Liberiya və Siera-Leonda 500 yoluxma halı qeydə alınıb.

Bir neçə gün öncə isə BMT-nin baş katibi Pan Qi Mun Liberiyada virusla bağlı təhlükənin azaldığını bildirmişdi.

Qeyd edək ki, Ebola virusu sıçrayışı 2014-cü ilin fevralında Qərbi Afrikada başlayıb. Araşdırmalara görə, virusa yoluxma hallarının 20 %-i ölən şəxslərin cəsədlərini yuyan və ya basdıran zaman baş verir. Çünki yerli xalqlar dəfn zamanı ənənəvi üsullardan istifadə edirlər.