İŞİD terror qruplaşması silahlıları tərkibində vuruşan 100 xarici vətəndaşı edam edib. İŞİD terror qruplaşması silahlıları tərkibində vuruşan 100 xarici vətəndaşı edam edib.

İŞİD 100 əcnəbi yaraqlını edam etdi

İŞİD terror qruplaşması silahlıları tərkibində vuruşan 100 xarici vətəndaşı edam edib.


APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, əcnəbilər qruplaşmanı tərk etmək niyyətində olduqlarına görə qətlə yetiriliblər. Məlumata görə, əcnəbi silahlıların "hərbi xidmətinə" nəzarəti qruplaşmanın mənzil-qərargahı yerləşdiyi Rakka şəhərində (Suriya) yaradılan hərbi polis həyata keçirirmiş.

Financial Times nəşrinin görə, İŞİD hərbi polis əməkdaşlarının "hərbi xidmətdən" yayınan onlarla əcnəbi silahlılara qarşı keçirdiyi reydlər zamanı qruplaşmanın tərkibində vuruşan bir çox xarici vətəndaş saxlanılıb. Edam olunan şəxslərin milliyyəti barədə məlumat verilmir.