Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Gürcüstanın baş naziri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.



APA-nın "Novosti Qruziya"-ya istinadən verdiyi xəbərə görə, bu barədə İrakli Qaribaşvili bu gün jurnalistlərə bildirib.

"Biz belə bir görüşün baş tutması üçün prinsipial olaraq hazırıq. Lakin görüşün nə vaxt və hansı formatda keçirilməsi üçün yaxşı hazırlıq və vəziyyətin geniş təhlili olmalıdır", deyə İrakli Qaribaşvili bildirib.

"Mən hesab edirəm ki, görüş xatirinə görüş keçirmək düzgün deyil, görüş konkret nəticəyə istiqamətləndirilməlidir. Mən, özüm də daxil olmaqla, Gürcüstan hökumətinin görüşdə iştirak edəcəyinə hazır olduğunu bildirirəm", deyə Qaribaşvili qeyd edib.

Qeyd edək ki, dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin Kremlin Gürcüstan hökumətinin istənilən nümayəndəsinin Moskvaya səfərindən şad olacağını bildirmişdi. Onun sözlərinə görə, ilkin mərhələdə münasibətləri, birbaşa təmasları bərpa etmək gərəkdir.

Buna cavab olaraq, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili ötən gün jurnalistlərə dövlət başçısı Georgi Marqvelaşvilinin rusiyalı həmkarı ilə görüşməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, belə bir görüşün baş tutacağı təqdirdə müzakirələrin əsas mövzusu Abxaziya və Cənubi Osetiya problemlərinin həlli olacaq.