Abşeron rayonunda “İveco” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Abşeron rayonunda “İveco” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Sərnişin avtobusu ilə minik maşını toqquşdu - ölən var

Abşeron rayonunda “İveco” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər meyiti deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.