Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

İlk iş günü hava necə olacaq?- Proqnoz

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.



AzNews.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Ayın 22-dən 23-nə keçən gecə yağıntı olma ehtimalı var.

Günün ikinci yarısında şimal-qərb küləyi 15-20 m/s, gecəyə doğru arabir 23-25 m/s sürətlə əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 8-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760-765 mm civə sütunu arasında dəyişəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın bölgələrinə hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacağı, axşama doğru sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək. Gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacaq.