Avstriya Respublikasının Bosniya əsilli iki vətəndaşı Suriyada dünyasını dəyişib. Avstriya Respublikasının Bosniya əsilli iki vətəndaşı Suriyada dünyasını dəyişib.

Bütün dünyanın danışdığı qızların ölüm xəbəri yayıldı

Avstriya Respublikasının Bosniya əsilli iki vətəndaşı Suriyada dünyasını dəyişib.

Söhbət Vyana şəhərindən İŞİD-ə qoşulmaq üçün Ankaraya uçmuş, oradan isə Suriyaya keçmiş qızlardan gedir.

BMT-dən bildirilib ki, vyanalı qızların hər ikisinin ölməsi ilə bağlı deyilənlər doğru olmaya da bilər. Bizdə olan məlumata görə, onlardan biri ölüb, digəri isə İŞİD-ın əlindən qaçaraq aradan çıxıb.

O da qeyd olunur ki, bir sıra ölkələrin kəşfiyyat orqanlarında da oxşar məlumatlar var. Xüsusən İsrail kəşfiyyatı əmindir ki, qızlardan biri sağdır və Suriyanı tərk edib.

Ancaq qızlardan hansının öldüyü, hansının isə terrorçulardan qaçaraq canını qurtardığı bəlli deyil. Avstriyanın APA agentliyi bildirir ki, Samar K və Sabina S. aprel ayında ölkəni tərk edib. Elə o vaxtdan da onların Suriyada terrorçularla bir yerdə olduğu söylənilirdi. Onlar Suriyaya getməmişdən öz dostlarına söyləmişdilər ki, biz Suriyada döyüşmək istəyirik…

Qeyd edək ki, vyanalı qızlarla bağlı Qərb mətbuatında mütəmadi yazılar gedib. Onlar İŞİD sıralarına Qərb ölkələrindən cəlb olunmuş gənc qızların simvollaşmış nümayəndəsi halına gəlmişdi. Bu gənc qızların Suriyada ərə getməsi haqqında da çox yazılmışdı. Onların fotoları isə dəfələrlə Qərb mediası tərəfindən tirajlanıb.

AzNews.az