Panama hüquq mühafizə orqanlarının narkotiklərlə mübarizə çərçivəsində keçirdikləri xüsusi əməliyyat nəticəsində 59 nəfər həbs olunub, ümumilikdə 3 ton kokain, 1,2 ton marixuana və 500 min dollardan çox nağd pul müsadirə edilib. Panama hüquq mühafizə orqanlarının narkotiklərlə mübarizə çərçivəsində keçirdikləri xüsusi əməliyyat nəticəsində 59 nəfər həbs olunub, ümumilikdə 3 ton kokain, 1,2 ton marixuana və 500 min dollardan çox nağd pul müsadirə edilib.

Tonlarla narkotik aşkarlandı

Panama hüquq mühafizə orqanlarının narkotiklərlə mübarizə çərçivəsində keçirdikləri xüsusi əməliyyat nəticəsində 59 nəfər həbs olunub, ümumilikdə 3 ton kokain, 1,2 ton marixuana və 500 min dollardan çox nağd pul müsadirə edilib.



AzərTac xəbər verir ki, həbs edilənlərin hamısı Kolumbiyanın inqilabi silahlı qüvvələri adlanan qruplaşma və Meksika narkokarteli olan "Sinaloa" cinayətkar təşkilatı ilə əlaqəli dəstənin üzvləridir. Əməliyyatın hazırlanması və reallaşdırılması Kolumbiya, Meksika, Kosta-Rika və Qvatemalanın xüsusi agentlərinin köməyi ilə 14 ay ərzində həyata keçirilib.

Narkotik alverçilərinə qarşı əməliyyatlar 2013-cü ilin oktyabr ayından başlanılıb. Ötən cümə axşamı Panamanın paytaxtında saxlanılanlarla birgə dəstənin başçısı kolumbiyalı Xuan Torres də həbs olunub.

Təhqiqatın nəticəsinə görə, X.Torresin Meksikanın ərazisindən keçməklə Kolumbiyadan ABŞ-a və Mərkəzi Amerika ölkələrinə narkotik daşınmasına rəhbərlik etdiyi müəyyənləşib. Bundan başqa, o, Panama banklarında cinayətkar biznesdən əldə edilmiş pulların yuyulması ilə də məşğul olub.