Rusiya Xarici İşlər Nazirliyi rusiyalı Axlas Axlakın Pakistanda edam edilməsini təsdiqlədi. Rusiya Xarici İşlər Nazirliyi rusiyalı Axlas Axlakın Pakistanda edam edilməsini təsdiqlədi.

Prezidentə sui-qəsd təşkil edən edam olundu

Rusiya Xarici İşlər Nazirliyi rusiyalı Axlas Axlakın Pakistanda edam edilməsini təsdiqlədi.

"Qafqazinfo" itar-tass-a istinadən xəbər verir ki, Pakistan vətəndaşlığı olan Axlasa 2005-ci ildə ölüm hökmü çıxarılıb. O, Pakistanın hərbi tribunalı tərəfindən 2003-cü ildə eks-prezident Pərviz Müşərrəfə qarşı sui-qəsddə təqsirləndirilirdi.

Rus səfirliyinin vitse-konsulu Damir Qaliulinin verdiyi açıqlamaya görə, məhkum bu gün, gündüz saatlarında öldürülüb:

"Pakistan höküməti ilə aparılan fasiləsiz danışıqlara baxmayaraq, rusiyalı Axlas Axlak Fəysalabad həbsxanasında, təqsirləndirilən digər 3 nəfərlə birgə edam olundu".