ABŞ-ın Tarpon Sprinqs şəhərində (Florida ştatı) polis əməkdaşı güllələnib. ABŞ-ın Tarpon Sprinqs şəhərində (Florida ştatı) polis əməkdaşı güllələnib.

Daha bir polis əməkdaşı qətlə yetirildi

ABŞ-ın Tarpon Sprinqs şəhərində (Florida ştatı) polis əməkdaşı güllələnib.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şübhəli şəxs saxlanılıb, təhqiqat aparılır. Yaxın vaxtlarda xüsusi mətbuat konfransı keçiriləcək.

Bildirilir ki, polisə atəş açandan sonra şübhəli şəxs nəqliyyat vasitəsində gizlənməyə cəhd edib.

Xatırladaq ki, bir gün öncə Nyu-Yorkda iki polis əməkdaşı qətlə yetirilmişdi. Qətldə İsmayıl Brinsli ad-soyadlı şəxs günahlandırılır. Onun bu yolla polis gülləsindən ölən afroamerikanlara görə qisas aldığı deyilir. Polisləri öldürdükdən sonra o, özünü başından güllələyib.